AS Group Baş ofis

Layihə haqqında

Başlama tarixi 06.01.2022
Bitmə tarixi 28.02.2022
Komanda tərkibi 5 nəfər

İstifadə olunmuş texnologiyalar

#ASGroup #HeadOffice #IT #AccessControl #Network #Server #CCTV

AS Group Investment baş ofisi Azərbaycanda yerləşən istehsal, tikinti və daşınmaz əmlakın inkişafı üzrə aparıcı, şaquli inteqrasiya olunmuş şirkətlərdən biridir. Güclü və inkişaf yönümlü biznes modeli təklif edən AS Group Investment şirkətləri 1000-dən çox işçisi ilə tikinti sənayesində açar təslim həllər təminatçılarıdır. Şirkət 21-ci əsr dizaynlarının hazırlanması və texnoloji cəhətdən mürəkkəb strukturların icrası üçün bütün zəruri komponentlərə malikdir. Azərbaycanın qaçqınların evlərindən tutmuş Dünya Bankının maliyyələşdirdiyi su təchizatı sistemlərinə qədər sosial əhəmiyyətli tikinti layihələrinin bir çoxu AS Group Investment şirkətləri tərəfindən həyata keçirilir. NMS MMC – AS Group Investment-ın yeni Baş Ofisində

Zəif Axın layihəsi üzrə sub-podradçı kimi NMS MMC aşağıda göstərilən işləri icra edib:
  • Data mərkəzi
  • İP CCTV
  • Data Şəbəkəsi
  • İP Telefon rabitəsi
  • UPS-lərin qurulması
  • Girişə nəzarət sistemləri
  • İctimai Elan sistemləri
  • Smart collaboration Board sistemləri
  • Kibertəhlükəsizlik sistemləri