"Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin ötən ilin aprel ayında imzaladığı sərəncama əsasən aparılır. Gömrük postunun buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilməsi də nəzərdə tutulur. Bundan başqa "Xanoba" gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.
NMS MMC, Xanoba gömrük postunda Zəif Axın layihəsi üzrə sub-podradçı kimi aşağıda göstərilən işləri icra edib:
- Data mərkəzi
- İP CCTV
- Data Şəbəkəsi
- İP Telefon rabitəsi
- Girişə nəzarət sistemləri
- İctimai Elan sistemləri
- Parking naviqasiyası
- Nəqliyyət vasitələrin effektiv idarə olunması və sistemın avtomatlaşdırılması
- Ağıllı növbə sistemləri
- Nağdsız ödənişlər sistemləri