Zəngilan Ağıllı kənd

Layihə haqqında

Başlama tarixi 16.02.2022
Bitmə tarixi 28.05.2022
Komanda tərkibi 14 nəfər

İstifadə olunmuş texnologiyalar

#Qarabag #Zengilan #AgilliKend #SmartVillage #Huawei #IT #Engineering

“Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.

Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

NMS MMC – Agıllı Kənd Zəif Axın layihəsi üzrə sub-podradçı kimi aşağıda göstərilən işləri icra edib:
  • Data mərkəzi
  • İP CCTV
  • Kabellərin və Kabel Kanalların çəkilməsi
  • Elektrik Nəqliyyət Vasitələrin Şarj həlləri
  • Ağıllı dirəklər (Smart Poles)
  • GPON həlli
  • İctimai Elan sistemləri